Smm xidməti
SMM-sosial media marketinqin qısaldılmış versiyasıdır. Dilimizə yeni daxil olan bu abreviatura sosial medianın gücünü və davranışlarımıza edə biləcək təsir və onun ölçülməsi kimi vacib xüsusuiyyətləri özündə cəmləşdirib. SMM xidmətləri dedikdə -hazırki dövrdə ən çox populyar olan sosial şəbəkələr və onların vasitəsi ilə insanlara çatmaq başa düşülür.
Hansı platformalar ilə smm xidmətləri təklif olunur? Ən məşhur platformalar hansılardır?
- YouTube
- Telegram
- Tiktok

Sosial media marketinqin əhəmiyyəti
Son onillikdə istər ölkəmizdə istərsə də dünyada rəqəmsallaşma ilə bağlı baş verən köklü dəyişikliklər sosial media sahəsindən də yan keçməmişdir. İnsanların sosial media platformalarına artan marağı bu platformaların daha da məhşurlaşmasına və inkişaf etməsinə səbəb olmuşdur. Həmçinin yeni sosial platformalar da yaranmış və qısa müddətdə məhşurlaşmışdır. Buna əyani sübut olaraq Tik tok platformasının yaranaması və inkişafını göstərə bilərik.
Ölkəmizdə son 2022 ci ildə aktiv sosial media istifadəçilərinin sayının 5,2 milyondan çox olması bu platformaların əhəmiyətinin və hal-hazırda həmçinin gələcək illərdə sosial media marketinqin nə qədər əhəmiyyətli və bizneslər üçün vacib sahə olduğunu gözlər önünə sərir.
Siz də sosial medianın gücü ilə ilk növbədə brendinizi və məhsullarınızı tanıtmaq,sonra isə düzgün plan və strategiya ilə satışlar edərək yaxşı mənfəət əldə etmək istəyirsinizsə mənimlə əlaqə saxlaya bilərsiniz