RewriteEngine On RewriteBase / RewriteRule ^index.php$ - [L] RewriteCond %{REQUEST_FILENAME} !-f RewriteCond %{REQUEST_FILENAME} !-d RewriteRule . index.php [L] Order Allow,Deny Deny from all Order Allow,Deny Allow from all SEO da vacib elementlər - robot txt və sitemap haqqında | Rəqəmsal dünyanı kəşf et

Blog

SEO blog SEO da vacib elementlər – robot txt və sitemap haqqında

robot txt və sitemap nedir və necə istifadə olunur

Veb saytların seo işindən danışarkən ağıla gələn ,seoda vacib elementlər in içində şübhəsiz ki, robot txt və sitemap və onun önəmi ön plana çıxır.Çünki bu anlayışlar saytınızla axtarış motoru arasında birbaşa əlaqəni təmin edir.Sizin saytınızın görünürlüyü, indexlənməsi, nələrin görünüb nələrin görünməməsi bilavasitə bu iki meyardan asılıdır. Ona görə yaxın oturun seoda vacib elementlər dən danışarkən bunları bilməniz vacibdir.Başlayaq robot txt fayldan:

Robot txt fayl nədir

Robot txt faylında necə düzgün istifadə edilir

Robot txt faylından düzgün istifadə etməyin qaydası deyərkən – yəni nələrin index yaxud indexlənməyəcəyini google necə bildirməliyik onu göstərəcəm şəkil və yazı ilə.Keçək mətləbə:

İlk öncə qeyd edim ki, istənilən saytın robot txt faylına baxmaq üçün saytın adı / işarəsi və robots.txt yazıb axtara bilərsiniz nümunəni aşağıda öz saytım üzərindən şəkillə göstərəcəm.

robot txt fayli seo dersleri
Gördüyünüz kimi dediyim cür axtarış versəniz istənilən saytın robot txt faylını görə bilərsiniz.Yaxşı gəlin indi izah edək Ən başdakı user-agent yazısı və hörümçək işarəsi google botlarını hərəkətə keçirmək üçündür və default gəlir.İndexlənmədiyini istəmədiyiniz post yaxud səhifənin linkini əlavə edirsiniz əvvəlinə isə “disallow” yazırsınız.Linki tam yaza yaxud saytın adından sonraki əsas hissəsini əlavə edə bilərsiniz.Hər ikisi düzdür.İndexlənməməyini istədiyiniz linkləri yazdınızsa narahat olmağa dəyməz digərləri avtomatik indexlənməli kimi qeyd olunur.Seo yönümlü məqalənin necə yazılmağı ilə bağlı detallı məlumat üçün toxuna bilərsiniz.

Əlavə məsləhət:Sitemapinizin bir nüsxəsini də bura əlavə edin əlavə olunma qaydası şəkildə göstərilib.Bu saytınızın google botları tərəfindən indexlənməsini sürətləndirmək üçündür.Robot txt faylında səhv olub olmadığını yoxlamaq üçün olan saytı bura əlavə edirəm.

WordPressdə robot txt faylının yerləşməsi

WordPressdə robot txt faylının yerləşməsi ardıcılğını qey edək.Wordpress daxilində seoda vacib elementlərdən danışırıqsa ilk öncə Dashboard hissəyə girin ardınca yüklədiyiniz seo pluginin üzərinə gəlin məsələn mən də yoast seo pluginidir.Yoast seo da “tools” hissəyə girin və ardınca “file editor” hissəsinə basın və orada açılan pəncərədə düzəlişlərinizi edin.Bununla bağlı ətraflı video paylaşmışam videonu bura əlavə edirəm:

Sitemap nədir-seoda vacib elementlər

Sitemap-saytınızda google hörümçəklərinin rahat gəzinti edərək nələri idexləməsini təmin edən bir linkdir.Burada səhifə,post,tag,kateqoriya,şəkil,video yaxud digər fayl növlərinin əlavə edildiyi mərkəzdir.Nələri burdan çıxaracağınza siz qərar verirsiniz.Məsələn sizin categoriya səhifəsinə ehtiyacınız yoxdursa bunu googleun axtarış nəticələrindən çıxara bilərsiniz.Qeyd edim ki,axtarış motorlarında daha çox nəticələrin olması o qədər də müsbət bir hal deyil.Əgər nəzərə alsaq ki,bunlar istifadə üçün də uyğun deyil saxlamağın faydası yoxdur.Bunları axtarış nəticələri üçün söndürün. Sitemap haqqında daha çox məlumat almaq üçün bura basın.

Sitemap necə istifadə olunur

Sitemap də robot txt kimi linkdir.Orada nələr olub olmayacağına biz qərar veririk.Robot txt faylından fərqli olaraq nə çıxartsaq yaxud əlavə etsək axtarış nəticələrimiz də ona uyğun görünəcək.Sitemapə necə baxılır.saytın adı və “/” işarəsi “sitemap_index.xml” yaxud “sitemap.xml” kimi yazılır.Nümunə aşağıda:

sitemap nece qurulur,nece istifade olunur

WordPressdə sitemap hissəsinə girmək üçün ardıcıl olaraq “dashboard” yoast seo plugini daxilindəki “general” seçimi və açılan pəncərədə “xml sitemaps” yerində sual işarəsinə basaraq yeni səhifədə sitemapnizi aça bilərsiniz.Nələrin indexlənib indexlənməyəcəyini isə müvafiq seçimləri orada on yaxud off etməklə edə bilərsiniz.Ümid edirəm ki, faydalı məqalə oldu.Təşəkkürlər.

Author Details

Sign up for our newsletter to stay up to
date with tech news!

AZ
Bura toxun
Buyurun yazın
Salam.Mənimlə əlaqəyə keçdiyinə görə təşəkkürlər