SEO blog SEO mütəxəssisinin bilməli olduğu html bilikləri

SEO mütəxəssisinin bilməli olduğu html bilikləri – son dönəmlər daha da vacib əhəmiyyət kəsb etməyə başlayıb.SEO mütəxəsisisləri təməl səviyyədə də olsa html kod biliklərinə malik olmalıdır.Niyə? Çünki təkcə “CMS” əsasında hazırlanan veb-saytlarda gördüyümüz SEO işləri hələ bizim yaxşı mütəxəssis olmağımız anlamına gəlmir.Yəni WordPress,Shopify və digər bu tipli sayt bazaları ilə görülən SEO işləri bizi irəliyə apara bilməz.
Sıfırdan kodla hazırlanan veb-saytlarda isə CMS bazalı saytlarda olduğu kimi şablon şəkildə rahat SEO işləri görmək üçün nə pluginlər nə də interfeys olmaya bilər.Bu yerlərin hazırlanması üçün də developerlərə texniki tapşırıqlar verib,nəticəsini gözləmək lazımdır.Sonda hansı müddətə və necə nəticə alacağınız isə sual altındadır.Ona görə də ilkin html bilikləri bütün “SEO mütəxəssisləri” üçün vacibdir. Ona görə də gəlin birlikdə öyrənək.Bu yazını sona kimi oxusanız və göstərdiklərimi tətbiq etsəniz,cv-yə ilkin html biliklərinizin olduğunu rahatlıqla yaza bilərsiniz.Gəlin baxaq görək SEO mütəxəssisinin bilməli olduğu html bilikləri hansılardır və necə öyrənməliyik.

HTML kod nədir, bizə niyə lazımdır?
HTML kod nədir – İngiliscə Hyper text Markup Language kimi açıqlaması olan veb saytların hazırlanması zamanı istifadə olunan standart mətin işarəetmə dilidir.Bu dilin son yeniləməsi və növü html5 hesab edilir.HTML ümumilikdə bir proqramlaşma dili hesab edilə bilməz.Çünki təkcə onunla bir veb-sayt hazırlamaq yaxud hansısa bir lahiyə təhvil vermək mümkün deyil.Ətraflı araşdırmaq üçün keçid edə bilərsiniz.
SEO işi görərkən hansı html kodlar lazımdır
Əvvəldə də qeyd etdiyim kimi kodla yazılan saytlarda html biliklərimiz bizim köməyimizə çox çatır.HTML kod necə başlanır?
Başlanğıcı <html> ,sonu </html> ilə bitir.Ümumilikdə html kodu iki hissəyə bölünür <head>………………..</head>və <body>……….</body> bu iki kod html kodun daxilində yerləşir.Bəs head və body niyə və necə fərqlənir? Head hissəsi oxucu üçün deyil axtarış motorları üçün nəzərdə tutulan bir hissədir.Yəni burada yazılanlar istifadəçiyə görünmür yaxud onu hədəfləyərək yazılmır.Gəlin bu məsələni biraz da açaq:Head hissəyə <title>…….</title> yəni axtarış motoruna bildirilən yazı başlığı(50-60 character optimaldır) ,description:
<meta name=”description” content=”……………………”>
yəni açıqlama kimi yazılan , SEO friendly olması üçün 150-160 character arasında yazılan yer başa düşülür.Bunlar hər ikisi head taginin daxilində yerləşməlidir. Head taginin daxilində yerləşməli olan digər kod isə canonical url – dir:
<link rel=”canonical” “href”=”url/”/>
Qalan əksər kodlar isə body hissəsində yerləşdirilir.Yəni head hissəyə istifadəçinin oxuması üçün yazı yazmağa çalışmayın.Bu yazı body hissəsində olmalıdır.Bəs başqa body hissədə bizə lazım olan hansı html kodları olmalıdır?
Məsələn: <h1>……..<h6> tagləri,əlavə olaraq <b>….</b>,<i>…..</i>,<u>…</u> yazılarımızdakı bəzi sözləri fərqləndirmək üçün bolt,italik,uderline kimi kodlardan istifadə edə bilərik.Yeni Abzas üçün <p>….</p> yazını mərkəzə gətirmək üçün <center>…..</center>, sətir keçmək üçün <br> istifadə olunur.İndi isə gələk əsas SEO üçün vacib şəkil alt text əlavə etməyə.
<img src=”şəklin adı” alt=”açar sözümüz”>
Yuxarıda qeyd etdiyimiz html formulası şəkil əlavə etmək və şəklimizə açar söz əlavə etməklə şəkil axtarış nəticələrində önə çıxarmaq üçün vacibdir.Əlavə etdiyimiz şəkilin uzunluq və hündürlüyünü də tənzimləmək mümkündür.
<img src=”şəklin adı” “width=” x” height=”y” alt=”açar sözümüz”>
Daha bir vacib html kod ilə edə biləcəyimiz backlink verərkən yazılan kod və backlinkin növüdür.Gəlin o hissəyə keçək.
<a href=”youtube.com”>keçid et</a>
Yuxarıda Youtube səhifəsinə backlink vermişəm.Əgər backlinkin növü haqqında heçnə yazılmıyıbsa deməli bu dofollow backlinkdir.Yuxarıdakı nümunədəki kimi.
Digər backlink növlərində isə <a href=”youtube.com” rel=”ugc”>keçid et</a> , <a href=”youtube.com” rel=”sponsored”>keçid et</a>, <a href=”youtube.com” rel=”nofollow”>keçid et</a>
Bu kodlara əlavələr də etmək olar.Ama mənim qeyd etdiklərim vacib olanlar və həmişə istifadə olunan əsas kodlar hesab edilir.Onu da qeyd edim ki, yazdığım bütün kodları yadda saxlmağınız əla olardı.Ama ilkin mərhələdə yadınızda qalmırsa narahat olmağa dəyməz.Praktikada işlətdikcə tam yadınızda qalacaq.
SEO da digər vacib elemtlər üçün bu yazıma keçid edə bilərsiniz.
Hər birinizə işlərinizdə uğurlar,xüsusi olaraq SEO işlərinizdə.