Google reklamları nədir
Google reklamlari (google ads) –yəni google advertising bizim dilə tərcümədə google reklamları adlanır. Google reklamlari bizneslər üçün çox faydalı və qısa müddətdə geridönü. gətirə biləcək kanallardan biridir. Bu reklamlar ölkəmizdə son 5-6 ildə poplyarlaşsa da dünyada bu platformadan istifadə artıq uzun müddətdir ki, mövcuddur və istifadəçilərinin sayı günü-gündən artır .İstifadə sayının artmasında əsas səbəb isə bizneslərin və şəxslərin qısa müddətdə gördüyü faydadır.

Google reklamlarinin faydaları
Google reklamlarinin birbaşa bizneslər yaxud şəxslər üçün daha uyğun auditoriyaya xitab edə bilmə kimi,daha çox seçim və optimizasiya edərək detallı hədəfləmə potensialı var. Bundan əlavə məhsul yaxud xidmət satmağınızdan,bu işlər üçün hansı kommunikasiya kanalını istifadə etməyinizdən yaxud şirkətinizin marketinq strategiyasından asılı olaraq fərqli reklam növləri ilə bizneslərə xidmət göstərir.Alınan yüksək geridönüşlər,detallı hədəfləmə,böyük data mənbəyi ,fərqli optimizasiya seçimləri,yenidən hədəfləmə kimi çox funksiyaları özündə daşıdığı və offline(televiziya,radio,çöl reklamları) kanallarla müqayisədə ucuz və ölçüləbilən olması onu günü-gündən daha effektiv reklam kanalı edir.
Google adwords reklam növləri
Qeyd etdiyim kimi google reklamlarinin (adwords) əsas üstünlüklərindən biri də bir platforma daxilindən müxtəlif kanallara və fərqli optimizasiya seçimləri ilə çıxma bilmə imkanın olmasıdır.
Gəlin bu kanallar və reklam növləri ilə tanış olaq.Google search (axtarış),google display (banner),google video ads (youtube və partnyorlar),google apps (tətbiq) reklamları mövcuddur.Onların hər birinin daxilində də rəqəmsal biznes strategiyası və xidmət növünə görə seçə biləcəyiniz seçimlər çoxdur.Nəzərə alsaq ki google axtarış motoru kimi dünya istifadəçilərinin 92% -dən çoxunu öz əhatəsinə cəmləyib.Rahatlıqla söyləyə bilərik ki, biznes modeli bu reklam növü ilə uyğun olan hər bir sahibkar belə bir platformada reklam verməyi çox istəyər.Əlbəttə ki, bu işlər sadəcə reklam verməklə btmir.Google reklamri daxilində müxtəlif kampaniya optimizasiya seçimləri və yanaşmaları mövcuddur.Peşəkar dəstək ilə biznesə düzgün yanaşılaraq ardıcıl və keyfiyyətli i.lər görülməlidir.Yalnız bu halda google reklam platformasindan dəyərli geridönüşlər almaq mümkündür.Ümumilikdə Bu platformanın əsas interfeysi ilə tanışlıq üçün sizə həmin hissəyə keçid linki qoyuram.Nəzərə alın ki, bu platformada hesab yaratmaq üçün bir gmail hesabının olması mütləqdir.
Gəlin google reklam növləri ilə qısa tanış olaq:
Google axtarış sistemi reklamlari
Axtarış sistemi reklamlari- google un ın populyar və əskəriyyət insan tərəfindən istifadə olunan reklam növüdür.Çünki birbaşa satışa çevrilmə faizinin çox olması ilə digər reklam növlərindən xeyli fərqlənir. Yəni burada istifadəçilər google və onun partnyorlarından (məsələn:youtube) müəyyən sorğular edərək geridönüş alırlar. İstifadəçinin birbaşa axtarış edərək müəyyən məhsul və ya xidməti almağa çalışması önünə çıxan reklamlar ilə əlaqəyə keçərək geridönüş etmə faizini xeyli artırır. Ona görə də Google axtarış sistemi reklamlari digər reklam növlərindən daha üstün və faydalı hesab edilir. Ətraflı məlumat üçün bura klik edin.
Şəkilli reklamlar (display reklamlar)
El arasında daha çox şəkilli reklam kimi bilinən rəsmi adı isə display yaxud gdn reklam növü kimi tanınan bu reklam növü ilə yaxından tanış olaq.Bu reklam növü axtarış sistemi reklamından ferqli olaraq biz istəmədən yaxud axtarmadan bizə çata bilən reklam növüdür.Yəni istifadəçi olaraq hər hansı bir vebsayta yaxud googleun partnyor digər şirkətlərinin platformasına daxil olarkən fərqli yerlərdə şəkilli reklamlar ilə qarşılaşa bilirik.Bu reklam növü display reklamı adlanır.Display reklamın daxilinə həmçinin gmail reklamı kimi bilinən sponsorlu reklam növü də daxildir. Biznesləin fəaliyyət sahəsi və müştəri tiplərinə görə bu reklam növü də istifadə olunaraq yaxşı geridönüşlər verə bilər.
Youtube reklamalari – video reklamlari
Youtube reklamlari – yeni yaranmış brend yaxud məhsulun geniş auditoriyaya çatdırılması üçün çox yaxşı reklam növü hesab edilir. Youtube platformasının bütün dünyada milyardlarla istifadəçisi olduğunu nəzərə alsaq bu platforma ilə edilən reklamlar böyük kütlələrə çatmaq üçün çox faydalıdır.Həmçinin offline kanallarla müqayisə etdikdə (çöl reklamları,radio, televiziya) daha ucuz və ölçüləbiləndir.Hal-hazırda video reklamlari da bizim bazarda geniş yayılmışdır.
Google alış-veriş reklamlari – shopping ads
Alış veriş reklam növü hal-hazırda Azərbaycan bazarı üçün aktiv deyil.Bu daha çox e-commerce işləri görən sahibkarlar üçün mənfi hesab edilir.Bu funksiyanın yaxın vaxtlarda ölkəmizdə aktiv olacağını ümid edirik.
If you want to benefit from the functionality and benefits of this platform in a short time, you can contact me. contact The nuances I have mentioned are the initial steps for beginners. Creating ads, setting a budget, getting the right posts in front of the right audience, setting an individual platform for business, allocating budgets, analyzing the results. directly if you want to focus on your work