RewriteEngine On RewriteBase / RewriteRule ^index.php$ - [L] RewriteCond %{REQUEST_FILENAME} !-f RewriteCond %{REQUEST_FILENAME} !-d RewriteRule . index.php [L] Order Allow,Deny Deny from all Order Allow,Deny Allow from all Canonical url nədir niyə və necə istifadə olunur? | Rəqəmsal dünyanı kəşf et

Blog

SEO blog Canonical url nədir niyə və necə istifadə olunur?

canonical url nədir necə istifadə olunur

Canonical url nədir – qısa və başa düşülən izah versək, veb saytınızın daxilində olan səhifə yaxud postların oxşarlarından hansının orijinal olmasını axtarış motolarına bildirmək metodudur. Yəni , “dublicate content” məsələsini aydınlaşdırmaq və axtarış motorlarının hansı url i indexsləməsi və seo və link juice gücünün hansında toplanmasını ortaya çıxarır. Xüsusi ilə bir məsləni də qeyd etmək istəyirəm ki, canonical url istifadə edərək siz digər oxşar və yaxud eyni məzmunu axtarış motorlarından silmirsiniz.Robot txt faylı yaxud search console un daxilindən heç bir dəyişiklik etmədən oxşar və ya eyni məzmunu digərinə yönəldərək google və digər axtarış motorları üçün əsas məzmunu müəyyənləşdirməkdə kömək edirsiniz. Əsas məqsəd axtarış motorlarının “kopya yazı” yanaşmasına son qoymaq və əsas önə çıxmasını hədəflədiyiniz bloq yazı yaxud səhifəyə seo dəstəyi verməkdir.

Canonical url nə vaxt istifadə olunur?

Canonical url in istifadə olunma vaxtı qeyd etdiyim kimi, veb saytınızın daxilində yerləşən oxşar bloq yazılar -yəni kontent cəhətdən yaxın və eyni məzmunu ifadə edən yazılar aşkarlandıqdan sonra edilir.Canonical url nədir i- tam olaraq anlayan hər bir veb sayt istifadəçisi rahatlıqla onun nə vaxt istifadə olunduğunu biləcək.Burada təkcə bloq yazıları deyil həmçinin veb saytın səhifələri də ola bilər.Urllərin fərqli olması o demək deyil ki, axtarış motorları məzmunu eyni və yaxud yaxın olan yazıları fərqli hesab etsin.Ona görə də biz veb saytımızda “kopya yazılar” yaxud səhifənin olmadığını bildirmək üçün bu işləri manual olaraq etməliyik. Bu həm də SEO da “keyword cannibalizm” adlandırdığımız məsələnin də qarşısını alır.Yəni müəyyən açar sözdə oxşar yazıların eyni domain daxilində SERP nəticələrində çıxması kimi problemlər də canonical url əlavəsi ilə aradan qalxa bilər.SEO ilə əlaqəli daha çox bloq yazısı oxumaq üçün bura keçid edə bilərsiniz.

Ümumiyyətlə canonical url linkinin istifadəsi veb saytın hazırlandığı platformadan asılı olaraq dəyişə bilər. Mən burada həm wordpress həm də kodla hazırlanmı. saytda onu necə edəcəyimizi göstərəcəm.

Kodla hazırlanmış saytlarda hansı postun yaxud səhifənin “dublicate” olduğunu hesab edirsinizsə o səhifənin “meta tag” yəni header hissəsinə belə bir standart formula yerləşdirilir: <link rel=”canonical” href=”/nümunə-səhifə/”/> qeyd etdiyimiz formulada hansı səhifəni ki, əsas görürük onun linkini kopya hesab etdiyimiz səhifədə yerləşdiririk.

WordPressdə canonical url necə istifadə olunur?

Mənim təcrübəmdə wordpress üzərindən canonical urli istifadəsi daha asan və praktikdir. WordPressdə SEO işləri görürsünüzsə əlbəttə ki, hansısa plugin istifadə edirsiniz.”Yoast” plugini canonical urli istifadəsi üçün çox praktik və asandır.Sadəcə dublicate hesab etdiyiniz səhifəyə keçid edib aşağı düşəndə pluginin verdiyi “advanced” seçimini əlavə edərək ora əsas hesab etdiyiniz səhifənin linkini yerləşdirib update etməyiniz kifayətdir və yoast SEO pluginində bunun necə edilməsi ilə bağlı ətraflı oxuya bilərsiniz

canonical url nədir wordpress

Nümunədə Yoast SEo plugini ilə necə canonical url nin əlavə edildiyini göstərmişəm.

Hər birinizə işlərinizdə uğurlar.Xüsusi ilə SEO işlərinizdə.

Author Details

Sign up for our newsletter to stay up to
date with tech news!

AZ
Bura toxun
Buyurun yazın
Salam.Mənimlə əlaqəyə keçdiyinə görə təşəkkürlər